Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən "Keşlə” növbəti yoxlama matçına çıxıb.
Fanat.Az xəbər verir ki, bu, Yuri Maksimovun komandasının 3-cü sınaq oyunu olub.
Paytaxt təmsilçisi Təbrizin "Traktorsazi” klubu ilə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, əvvəlki iki görüşündə də qələbə üzü görməyən "Keşlə” iyunun 30-da Bosniya və Herseqovinanın "Çelik”, iyulun 3-də isə Estoniya təmsilçisi "Levadiya” ilə qarşılaşıb və uyğun olaraq 0:2 və 2:3 hesablı məğlubiyyətə uğrayıb.