"Bir neçə klubdan təklif almışdım. Ancaq ailəmlə birlikdə "Astana”ya keçməli olduğumu düşündük. Çünki bu komanda daim öz ölkəsində çempionluğa oynayır, həmçinin Çempionlar Liqası və ya Avropa Liqasının pley-off mərhələsində iştirak edir. Hər il avrokubokların qrup mərhələsində mübarizə aparır".
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılaraq "Astana"ya keçən milli komandamızın üzvü Riçard Almeyda deyib.
Braziliyalı futbolçu komandanın baş məşqçisi Roman Qriqorçukla bağlı danışıb: "Azərbaycanda ona qarşı çox oynamışam. Açığı, yaxından tanımırdım. Ancaq yaxşı məşqçiliklə yanaşı, həm də gözəl insan olduğunu bilirdim. Qriqorçuk mənim necə xeyir verə biləcəyimi yaxşı bilir".
Almeyda yüz faiz oynamağa hazır olmadığını bildirib: "Açığı, indi 100 faiz hazır deyiləm. Çünki mənə məşq etməyə mane olan problemlər var idi. Ancaq gündən-günə fiziki durumumu artırıram, çox çalışıram".
Fanat.Az