"Səbail”in 2018/19 mövsümündə texniki tərəfdaşı məlum olub.
Fanat.Az xəbər verir ki, bu barədə klub "Facebook" səhifəsi vasitəsilə məlumat yayıb.
Bildirilir ki, paytaxt təmsilçisi bu məsələdə İtaliyanın idman geyimləri istehsalçısı olan "Macron” şirkəti ilə əməkdaşlığa başlayıb. Yeni sponsor bu mövsüm klubu idman geyimləri ilə təmin edəcək.
Qeyd edək ki, "Səbail”in bundan əvvəlki texniki tərəfdaşı "Nike” şirkəti olub.
Fanat.Az