Azərbaycanı Avropa Liqasında təmsil edəcək "Keşlə” klubu daha iki futbolçunu heyətinə cəlb edib.
Klubdan Fanat.Az-a verilən məlumata görə, paytaxt təmsilçisi serbiyalı yarımmüdafiəçi Miloş Bosançiç və özbəkistanlı hücumçu Bahodir Nəsimovla münasibətləri rəsmiləşdirib. Hər iki legioner 1 illik sözləşməyə imza atıb.
Bundan başqa, paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kolli və hücumçu Əlibəy Məmmədlinin müqaviləsinin müddəti uzadılıb. Onlar daha bir il "Keşlə”nin formasını geyinəcəklər.
Qeyd edək ki, Bahodir Nasimov 2010-2014-cü illərdə "Neftçi"də çıxış edib. O, 2011/12 mövümündə 16 qolla Premyer Liqanın bombadiri olub. Özbəkistan millisinin sabiq üzvü indiyədək vətənində "Dinamo" (Səmərqənd), "Bunyodkor", "Buxara", Rusiyada "Rubin", İranda "Padideh" və Cənubi Koreyada "Ansan" klublarının formasını geyinib.
Miloş Bosançiç indiyədək Serbiyanın "Partizan", OFK, "Çukariçki", "Srena Zvezda", Portuqaliyanın "Boavişta", Çexiyanın "Slovan", Cənubi Koreyanın "Qyeonqnam", Çinin "Hanqzu Qreentaun" və Taylandın "Tero Sasana" klublarında çıxış edib, Serbiyanın U-21 millisində çıxış edib.
Fanat.Az