"Sumqayıt” Azərbaycan millisinin futbolçusu Cavid İmamverdiyevi transferə çıxarıb.
Klubdan verilən məlumata görə, 25 yaşlı yarımmüdafiəçi karyerasını Sumqayıt təmsilçisinin heyətində davam etdirmək istəmədiyi üçün bu cür addım atılıb.
"İmamverdiyev "Sumqayıt”da qalmaqdan imtina etdiyinə görə transferə çıxarılıb. Onun xidmətində həm yerli, həm də xarici klublar maraqlıdı. Rəhbərlik klubla 1 illik müqaviləsi olan futbolçuya gələn təklifləri dəyərləndirir” deyə mətbuat katibi Rəşad Məmmədov bildirib.
Fanat.Az