"Oyuna nəzarət edən tərəf biz idik. "Qarabağ” isə yaratdığı yeganə qol vəziyyətindən istifadə etdi”.
Fanat.az xəbər verir ki, bu sözləri "Olimpiya”nın serbiyalı baş məşqçisi İliya Stolitsa deyib.
Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında "Qarabağ”ı öz meydanında üz-üzə gələn Sloveniya çempionu 0:1 hesabıyla uduzub.
Matçdan sonra düzənlənən mətbuat konfransında 40 yaşlı çalışdırıcı yenilgiyə baxmayaraq mərhələ adlayacaqlarına inandığını söyləyib: "Əlbəttə, rəqib sərfəli nəticə qazandı. Ancaq bu, ilk görüşdü. İndi yalnız müsbət şeylər düşünməliyik. Bakıda da Stojitsedəki kimi oynasaq, mərhələ adlamaq üçün yaxşı şansımız olacaq. "Qarabağ” asanlıqla mərhələ keçməyəcək”.
Qeyd edək ki, tərəflər arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.
Fanat.Az