"Qarabağ”la oyundan sonra baş məşqçimiz bizə məğlubiyyətin hələ hər şeyin sonu olmadığını dedi. Əlbəttə, "Stojitse”dəki matç aramızdakı birinci görüş idi”.
Fanat.Az-ın məlumatına görə, bu sözlər "Olimpiya”nın yarımmüdafiəçisi Rok Kronaveterə məxsusdu.
Çempionlar Liqasının I təsnifat mərhələsində dünən öz meydanında "Qarabağ”la qarşılaşan Sloveniya çempionu 0:1 hesablı yenilgiyə üzülüb.
Ölkəsinin mətbuatına açıqlama verən 32 yaşlı futbolçu bu nəticəyə layiq olmadıqlarını söyləyib: "Bakıda uğur qazana bilərik və bacara biləcəyimizə inanmalıyıq. Rəqibin bizə qarşı necə oynadığını gördük. Yaxşı hazırlaşmışdıq. Evdəki oyunda planımız davamlı pressinq tətbiq etmək idi. Planauyğun oynasaq da, hər şey istədiyimiz kimi alınmadı. Fərqlənmək üçün imkanlarımız oldu. Bir neçə epizodda qol vurmaq şansı yaxaladıq. Yetərincə təcrübəli rəqibə qarşı başabaş mübarizə apardıq. Göstərdik ki, topa nəzarət edə bilərik. Ancaq qələbə qazanmadığınız zaman bunların bir önəmi qalmır. Bakıda daha təhlükəli olmalıyıq. Sürpriz edə bilərik”.
Qeyd edək ki, "Qarabağ” - "Olimpiya”görüşü iyulun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.
Fanat.Az