Ölkə xaricindən bu yay futbolçu transfer etməyən "Zirə” ilk əcnəbi transferlərini reallaşdırıb.
Fanat.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi 2 oyunçu ilə anlaşıb. Bunlar yarımmüdafiəçilər Bilal Hamdi və Dilan Duventrudu. Hər iki fransalı futbolçu yeni komandası ilə 1+1 illik müqavilə imzalayıb. Hamdinin 27 yaşlı, Duventrunun isə 29 yaşı var.
Qeyd edək ki, adıçəkilən oyunçuların sonuncu klubu Kipr təmsilçisi "Alki” olub.
Fanat.Az