Avropa Liqasında Azərbaycanı təmsil edən "Neftçi"nin "Uypeşt"lə Macarıstandakı cavab oyununu idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA görüşü yunanıstanlı hakimlərə tapşırıb.
Matçı Anastasios Papapetru idarə edəcək. Ona Trifon Petropulos və Vasilios Kamburis yardım edəcək. Dördüncü hakim funksiyasını Angelos Evangelu yerinə yetirəcək.
İspaniyalı Bernardinyo Qonsales Vaskes matçın hakim-inspektoru, irlandiyalı İmon Nafton UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, iyulun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23.00-da başlanacaq qarşılaşma Budapeştdəki "Şuşa Ferents" stadionunda oynanılacaq. İlk görüşdə "Neftçi" 3:1 hesablı qələbə qazanıb.
Fanat.Az