Dünən gecə Bakını tərk edən "Qəbələ” Lüksemburqa çatıb.
Fanat.Az xəbər verir ki, "Hilton” otelində məskunlaşan "Qəbələ”nin ilk məşqi bu gün baş tutacaq. "Qırmızı-qaralar” günün ikinci yarısında hazırlıq keçəcək.
"Proqres” - "Qəbələ” matçı öncəsi "qırmızı-qaralar”ın məşqi və baş məşqçi Sənan Qurbanovun mətbuat konfransı keçiriləcək. Qarşılaşmadan bir gün əvvəl - iyulun 18-də Bakı vaxtı ilə 21:00-da 38 yaşlı mütəxəssis jurnalistlərin önünə çıxacaq. Saat 21:30-da isə "Qəbələ”nin oyunöncəsi son məşqi baş tutacaq.
Xatırladaq ki, "Proqres” və "Qəbələ” arasında cavab oyunu iyulun 19-da Differdanj şəhər Munisipal stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Fanat.Az