"Neftçi” millimizin hücumçusu Ramil Şeydayevi icarəyə götürmək istəyir.
Fanat.Az xəbər verir ki, "Trabzonspor”un baş məşqçisi Ünal Karamanın bəyənmədiyi gənc forvard Bakı təmsilçisinə 100 min dollara başa gələcək. Belə ki, Qaradəniz təmsilçisi Ramili 1 illik icarəyə göndərmək üçün məhz bu məbləği tələb edir.
Tərəflər arasındakı danışıq uğurla bitsə, Şeydayev avqust ayından ağ-qara formada top qovmağa başlayacaq.
Qeyd edək ki, bakılılar sözügedən futbolçunu əvvəllər də rənglərinə bağlamağa cəhd etmiş, amma 20 yaşlı yığma üzvü karyerası üçün daha faydalı variantlara üstünlük vermişdi.
Fanat.Az