"Bakıdakı kimi çətin oyun olacaq. İlk görüşü 2 top fərqli üstünlüklə başa vursaq da, rəqibin güclü olduğunu və bizi çətin oyununun gözlədiyini bilirik".
Fanat.Az xəbər verir ki, bunu "Neftçi" komandasının baş məşqçisi Roberto Bordin "Uypeşt"lə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündən öncə mətbuat konfransında deyib.
"İlk oyunda hava çox isti idi. Bu, hər iki komandaya çətin idi. Bu dəfə isə sərindir və tərəflər istədikləri kimi oynaya biləcəklər. İlk görüşdə vurduğumuz qol bizə yaxşı mənada təsir etdi və qələbə qazandıq. Bu qələbə bizim motivasiyamıza təsirini göstərə bilər. Əminəm ki, rəqib doğrudan da güclü oynayacaq və biz buna hazır olmalıyıq" deyə italiyalı mütəxəssis bildirib.
Bordin "Sabahkı oyunda Kvame Karikaridən yararlanmağı düşünürsünüz" sualına belə cavab verib: "Nəinki Karikari, bütün oyunçular sabah hazır olmalıdır. Kimin oynayacağına matç günü qərar verəcəyik".
Baş məşqçi ilk oyunda müdafiənin mərkəzində Kirill Petrovla Ruslan Abışovun oyunundan razı qalıb: "Ruslan və Petrov tandemi yaxşı oyun göstərdilər. Nəinki onlar, komanda halında yaxşı müdafiə olunduq. Hər ikisinin oyunundan razıyam".
Sabahkı oyun üçün start heytini indidən açıqlamaın düşgün olmadığını bildirən Birdin "Amma Karikari, Emin Mahmudov və digər futbolçuların hamısı sabahkı oyuna hazırdırlar" deyib.
Fanat.Az