"Avrokuboklarda zəif rəqib olmur. Bizim mövsümdə ilk sınağımız idi. Evdəki matç ikinci oyunumuz idi. Meydanda diktə edən tərəf olsaq da, tam açılıb rəqibə boşluqlar vermədik. Çünki xoşagəlməz sürprizlə üzləşmək istəmirdik. Məqsədimiz mərhələ keçmək idi ki, bu vacib işin öhdəsindən də gəldik".
Fanat.Az xəbər verir ki, bu sözləri Albaniya mətbuatına müsahibə verən "Qarabağ"ın futbolçusu Ansi Aqolli deyib.
"Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələində Sloveniyanın "Olimpiya" klubunu mübarizədən kənarlaşdırıb (1:0, 0:0). Azərbaycan çempionu növbəti mərhələdə Albaniyanın "Kukesi" klubu ilə qarşılaşacaq.
Bu oyunlardan əvəl alban həmkarlarımız Aqolliyə müraciət edib. Futbolçu növbəti rəqibləri ilə bağlı bunları deyib: "Çox qeyri-adi hisslər keçirirəm. 10 ildən sonra Albaniyaya klub səviyyəli matçda oynamaq üçün qayıdacağam. Bu mənim karyeramda Albaniya komandasına qarşı rəqib formasındakı ilk oyunum olacaq. Azərbaycanda oynasam da, "Kukesi” barədə müəyyən bilgilərim var. Məndən dəfələrlə "Kukesi” barədə soruşublar. Çünki bu komanda neçə illər bizim potensial rəqibimiz olub. Rəqibə hörmətlə yanaşırıq".
Aqolli karyerasını "Qarabağ"da davam etdirmək istəyir: "Artıq 9 ildi Azərbaycandayam. Mənə seçim etmək çətin deyil. Əgər sənə belə inanan məşqçi, belə klub, azarkeşlərin sevgisi varsa, yeganə seçim orda qalmaqdı. Gələcəyimi də "Qarabağ”da görürəm".
Fanat.Az