Növbəti mövsüm üçün hazırlıqlarını davam etdirən "Sumqayıt”ın əvəzedici heyəti ilk yoxlama görüşündə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Region Liqası təmsilçisi "Tufan”ı qəbul edən Elbrus Məmmədovun yetirmələri rəqibini 5 cavabsız qolla məğlub edib. Qolları Nazim Bağırov (2), Ruslan Süleymanov, Kənan Allahverdiyev və İbrahim Novruzov rəqib qapısından keçirib.
Fanat.Az