Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Sabah”ın hazırlıq çərçivəsində qarşılaşacağı daha iki rəqib bəlli olub.
Fanat.Az xəbər verir ki, paytaxt klubu iyulun 21-də Türkiyə təmsilçisi "Osmanlıspor”, ayın 25-də isə Təbriz "Traktorsazi”sinin U-23 komandası ilə üz-üzə gələcək.
"Sabah” Boludakı ilk yoxlama oyununda "Giresunspor”la qarşılaşıb (1:1). Komanda təlim-məşq toplanışı çərçivəsində son oyununu iyulun 28-də, Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor”a qarşı keçirəcək.
Fanat.Az