Yeni mövsümünə hazırlaşan "Sumqayıt" hazırlığın 2-ci mərhələsi üçün yollandığı Boluda növbəti yoxlama matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, ilk qarşılaşmada "Əl-Şəhaniyə” ilə 1:1 hesablı heç-heçə edən Nazim Süleymanovun komandası bu gün Türkiyə Super Liqası təmsilçisi "Alanyaspor"la üz-üzə gələcək.
Qarşılaşma Topuk Yaylası idman kompleksinin stadionunda yerli vaxtla Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.
Fanat.Az