"Danışılmış oyunlarla bağlı yeni cəzalar olacaq. Hazırda prokurorluq tərəfindən araşdırma gedir. Lazım olan sənədləri mütəmadi təqdim edirik”.
Fanat.Az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qurumun baş katibi Elxan Məmmədov deyib.
O, bildirib ki, hazırda danışılmış oyunlarla bağlı araşdırlamalar davam edir: "İcraiyyə Komitəsinin üzvləri, AFFA rəhbərliyi həftəlik hüquq-mühafizə orqanları ilə əlaqə saxlayır və UEFA-dan gələn bütün məlumatları veririk. I divizionu təmsil edən klublarla danışsanız, bilərsiniz ki, onları da dəvət edirlər. İstintaq gedir və müvafiq qaydada sanksiyalar tətbiq olunacaq".
Fanat.Az