"Qərar qəbul olundu ki, Premyer Liqada iştirak edən klubların əvəzedici komandaları I divizionda oynasınlar. Həmçinin I divizionun 4 və ya 6 komandasının qalması qərara alındı. 8 əvəzedici komanda da onlara qoşulacaq".
Fanat.Az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin iclasından sonra qurumun baş katibi Elxan Məmmədov deyib.
"Ancaq I divizionun komandaları belə hüquq qazanacaqlar. Əvəzedicilərin Premyer Liqaya yüksəlmək imkanı olmayacaq" deyə Elxan Məmmədov əlavə edib.
İcraiyyə Komitəsinin qərarına əsasən I divizionla əvəzedicilərin çempionatı birləşdirilib. Baş katib aşağı liqada tətbiq oluncaaq limitdən danışıb: "4 nəfər sərbəst, 6 nəfər 1998-ci il təvəllüdlü və cavan, 1 nəfər isə 2001-ci il təvəllüdlü futbolçu mütləq heyətdə yer almalıdı. Bununla gənclərə əlavə şans veriləcək. Bununla aşağı yaş qrupu üzrə milli üzvlərinə, klubların ehtiyatında oturan futbolçulara əlavə şans veriləcək. Bu, həmçinin danışılmış oyunlarla mübarizənin bir yoludu. Artıq əvəzedici komanda birbaşa klubu təmsil edəcək. Premyer Liqada iştirak edən klublar da bununla bağlı məsuliyyət daşıyacaqlar. Düşünürük ki, onların köməyi ilə bu virusu tam şəkildə məhv edəcəyik".
Fana.Az