Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2018/19 mövsümündə I divizionda oyunlar Azərbaycan Premyer Liqası klublarının əvəzedici komandaları və ötən mövsüm I divizionda çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin
2. Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:
4 futbolçu – yaş limiti olmadan
6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü
1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü
Yaş limiti tətbiq olunmayan 4 futbolçudan 2-si legioner ola bilər
3. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
Nüvər Xasıyev
Səfər Rəhimov
Fanat.Az