"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində Albaniya çempionu "Kukesi”yə qarşı səfərdə keçirdikləri ilk oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, ağdamlıların çalışdırıcısı qolsuz bərabərlik haqda bunları deyib: "Ağır oyun oldu, futbolçular çox güc sərf etdi. Səfərdə oynadığımız üçün belə nəticəni gözləyirdik. Rəqibimiz də meydanda olduqca intizamlı idi, qol buraxmaq istəmirdilər. Bir az fərqli sistemdə oynadılar. Məcburuq ki, cavab matçında dəyişikliklər edib qol vuraq. Belə oyunlarda bu nəticəni qənaətbəxş saymaq olar. Bakıdakı oyunda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik".
Fanat.Az