"Komanda mükafat qazanmaq istəyirsə, cavab matçında qalib gəlməlidi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Kukesi"nin prezidenti Safet Qyiçi deyib.
Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ”la keçirdiyi ilk oyunda 0:0 hesablı heç-hemə edən Albaniya klubunun prezidenti komandasından istədiyi oyunu görməyi. 46 yaşlı biznesmen oyundan məmnun qalmadığını etiraf edib: "Kukesi” meydanda parlamadı. Doğrudu, komanda çox yaxşı müdafiə olundu. Ancaq hər hansı emosiya olmadı, "Qarabağ”ın qapısına tərəf zərbə vurulmadı. Tək istəyim odu ki, komanda oyunu ilə mənə zövq versin. "Kukesi”nin çıxışından razı qalıb-qalmamağım da Bakıdakı görüşün nəticəsindən asılı olacaq".
Qeyd edək ki, "Qarabağ"la "Kuesi" arasında cavab matçı avqustun 1-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.
Fanat.Az