"Neftçi”nin əvəzediciləri yeni mövsümə hazırlığı davam etdirir.
Fanat.Az xəbər verir ki, gündə iki dəfə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşq edən paytaxt təmsilçisi bu gün həmin məkanda yoxlama oyunu keçirib. "Səbail”in əvəzediciləri ilə görüşdə qapılara qol vurulmayıb – 0:0.
Hazırlığa sabah bir məşqlə davam edəcək komanda növbəti yoxlama matçını avqustun 1-də keçirəcək. "Zirə”nin əvəzediciləri ilə "Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş saat 18:00-da start götürəcək.
Fanat.Az