Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Xan Lənkəran” klubu ilə bağlı açıqlama verib.
Fanat.Az xəbər verir ki, qurum rəhbəri 1 milyon manatlıq büdcə göstərsə də, I divizionda iştirakına icazə verilməməsinə görə narazılıq edən klubla bağlı daışıb:
"Xan Lənkəran”ın məsələsini İcraiyyə Komitəsində qaldırdım. Yeni gələn klubların ən uzun ömrü 2 ay olur. İstəmirik, çempionatın səviyyəsi daha da düşsün. Qərara gəldik ki, 1 il öz hesabına oynasın, görək Regional Liqada çıxış edə biləcəkmi? Ondan sonra I diviziona götürülər. İmkanları olsaydı, onları I diviziona qəbul edərdik. Şübhəli məqam var ki, belə qərara gəlinib. "Binə” ötən il gəldi, idi də dağıldı, getdi. "Xan Lənkəran”dan heç bir təminat gəlməyib. Gəlsə və bəlli olsa ki, klubu maliyyələşdirən, əziyyət çəkən insan var, bu başqa məsələ. Elxan müəllim qanunla hərəkət edir. Regional Liqada da az pul xərclənmir. Kim futbola pul yatırmaq istəyirsə, onun qarşısı alınmır".
Fanat.Az