Avrokuboklarda mübarizəni erkən dayandıran "Keşlə” Topaz Premyer Liqasına hazırlığını davam etdirir.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi daha bir oyunçunu heyətinə qatıb.
Söhbət yarımmüdafiəçi Elnur Cəfərovdan gedir. Ötən mövsümün sonunda "Neftçi”dən ayrılan gənc oyunçu bir neçə gün idi ki, "Keşlə”nin düşərgəsində idi. 21 yaşlı futbolçunun komandada qalması qərara alınıb və onunla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Keşlə” buna qədər Azər Salahlı, Amil Yunanov, Miloş Boşançiç və Bahodir Nasimovu heyətinə qatmışdı.
Fanat.Az