Türkiyədə təlim-məşq toplanışında olan "Sumqayıt” sonuncu yoxlama görüşünə çıxıb.
Fanat.Az xəbər verir ki, "gənclik şəhəri” təmsilçisi yerli "Giresunspor”la qarşılaşıb.
Oyun Nazim Süleymanovun yetirmələrinin qələbəsi ilə nəticələnib. Süleyman Əhmədovun 36-cı dəqiqədə vurduğu qol qarşılaşmada yeganə olub – 1:0.
Qeyd edək ki, "Sumqayıt” Boluda olduğu müddətdə buna qədər 3 yoxlama görüşü keçirib, "Alanyaspor”a (Türkiyə) uduzub (0:7), "Əl Şahaniya" ("Qətər”) ilə bərabərə qalıb (1:1), "Yeni Malatyaspor”a (Türkiyə) isə (3:1) qalib gəlib.
Fanat.Az