Bu yay heyətdə dəyişikliklər edən "Neftçi”də transferlərə ayrılan pulun 220 min dolları istiqaməti üzrə xərclənməyib.
Bakı təmsilçisinin büdcəsindən bu məbləğ bir neçə oyunçunun transferi zamanı hissə-hissə götürülüb. Maraqlıdır ki, klubun maliyyə məsələlərinə görə SOCAR qarşısında birbaşa məsuliyyət daşıyan vitse-prezident - Elnur Eyvazov da baş verənlərdən vaxtında xəbər tutmayıb.
Belə ki, bu məbləğ menecerlərin əli ilə çıxardılıb. "Yuxarılar”a çatan informasiya isə aranı qarışdırıb. Hazırda araşdırmalar aparılır. Hadisələrin sonrakı inkişafının hansı xətt üzrə gedəcəyi maraq doğurur.
Fanat.Az