Futzal üzrə FIFA referisi Ramil Namazov UEFA-dan növbəti təyinat alıb.
Fanat.Az xəbər verir ki, o, Çempionlar Liqasının ilkin seçmə mərhələsinin A qrupunda keçiriləcək oyunlara təyin edilib.
"Mostar”, "Futsal Gentofte”, "Makkabi Nahalat Yitzhak Təl Əviv” və "Uotsell Futsal Club” komandalarının mübarizə aparacağı bu qrupun oyunları avqustun 28-dən sentyabrın 2-dək Bosniya və Herseqovinada təşkil ediləcək.
Fanat.Az