2018/19 mövsümünə hazırlaşan "Səbail” növbəti transferini rəsmiləşdirib.
Fanat.Az xəbər verir ki, Bakı klubu makedoniyalı sağ cinah müdafiəçisi Tome Kitanovski ilə anlaşıb.
26 yaşlı futbolçu bu ilin ilk yarısını Xorvatiya "Slaven”ində keçirib. O, indiyədək Makedoniyanın "Pelister”, Rumıniyanın "Universtatya” (Krayova), Serbiyanın "Vozdovaç”, "Mladost”, Xorvatiyanın "İstra” (2017-18) klublarında çıxış edib. Müdafiəçi Makedoniya millilərində də forma geyinib. U-17, U-19, U-21-də oynamış futbolçu 2012-ci ildə debüt etdiyi əsas millidə 1 matç keçirib.
Fanat.Az