14:08 31.07.2018 1765

Əmir Zaur, yoxsa məmur Zaur? (Bəyanat)

Bu gün Mətbuat Şurasının icraçı direktoru, uzun müddət şuranın hüquq komissiyasının üzvü olmuş Şəmsəddin Əliyevin müraciəti əsasında "Futbolpress.az" və "Futbolinfo.az" saytları müvafiq olaraq, 7 və 11 avqust tarixlərində MŞ-yə çağırılıblar.
 
Şəmsəddin bəyin bildirdiyinə görə, buna səbəb "Keşlə" FK-dan şuraya şikayətin daxil olmasıdır.
 
Şikayətdə klubun Müşahidə Şurasının sədri Zaur Axudnovun işgüzar nüfuzuna xələl gətirən yazıların/xəbərlərin dərc edildiyi qeyd olunub.
 
Təklif edilib ki, klub və adıçəkilən saytlardan nümayəndələrin iştirakı ilə şurada görüş keçirilsin və problem müzakirə edilsin.
 
Məsələ ilə bağlı "Futbolpress.az" və "Futbolinfo.az" saytları bəyanat yayıb. Bəyanatı təqdim edirik: 

"Tərəfimizdən şuranın müraciəti qəbul edilmiş, qeyd olunan tarixlərdə qurumun müvafiq şöbəsində müzakirələrə qatılacağımızı bildirmişik.
 
Lakin bu məsələ ətrafında ictimaiyyətə kiçik açıqlama vermək ehtiyacı duyduq.
 
Əvvəla, "FutbolPress"in fəaliyyətdə olduğu 9, "Futbolinfo"nun isə 5-cü ilində Mətbuat Şurasıyla nəhayət ki, yollarının kəsişməsi, yada düşməyimiz yaxşı oldu.
 
İnanırıq ki, bundan sonra şuraya üzv olmağımız üçün yol daha qısa olacaq və sürətlə qət olunacaq. Həm də elektron KİV haqda qanunun işlənib, qəbul edilməsinə ciddi ehtiyacın olduğunu göstərən növbəti situsiya ilə rastlaşmış olduq.
 
Əvvəla, Şəmsəddin bəyə də xatırlatdığımız kimi, "Keşlə" FK-dan redaksiyamıza indiyədək heç vaxt hansısa materialın təkzib edilməsinə ehtiyacın olduğu barədə hər hansı müraciət daxil olmayıb.
 
Ancaq klub şikayətçidir. Konkret hansı səbəbdən - göstərilməyib. Sadəcə, tələb olunub ki, şurada bu, müzakirə edilsin. Biz istənilən müzakirəyə hazır olduğumuzu bildirmişik, lakin hər kefinə düşənin şikayət eləməsi hansı mexanizmlə tənzimlənir?
 
Zaur Axundovun hansı işgüzar imicinə, hansı yazıda nə cür xələl gəlib? Nümunə, dəlil varmı? Olmazdımı bu, dəqiq göstərilsin?
 
MŞ-nın səlahiyyətlisi olan Şəmsəddin bəydən xahiş etdiyimiz kimi, "Keşlə"dən edilən bu şikayət konkret hansı detalları nəzərdə tutursa, şikayətçi şəxs özü mütləq iştirak etsin. Əks halda bu, bizim jurnalist, media nüfuzumuza ciddi zərər cəhdi kimi qarşılanacaq.
 
Fəaliyyətdə olduğu müddətdə heç vaxt hər hansı şikayətə səbəb olmayan bu KİV-lərin haqqında əsassız şikayət onu göstərir ki, klubun mövqeyi adekvat deyil.
 
Məsələ ilə əlaqədar AFFA rəhbərliyinə, futol ictimaiyyətinə və MŞ başda olmaqla müvafiq media qurumlarına müraciət edirik:
 
"Keşlə" FK-nın haqqımızda şuraya şikayəti qanunla tənzimlənən müstəqil media fəaliyyətimizə süni təzyiqdir. Əsassız şikayət cəhdi klubun qərəzinin göstəricisidir və qətiyyətlə tələb edirik ki, MŞ bu məsələni ciddi araşdırıb, qüsursuz, peşəkar fəaliyyəti ilə nüfuz qazanmış bu KİV-lərin imicinə zərbə yetirmək cəhdlərinin hüquqi qiymətini versin.
 
Biz bu məsələdə artıq təşəbbüskar tərəfik və bütün araşdırmalara açığıq. Hətta adıçəkilən klubun ən başda adıçəkilən KİV-lər olmaqla, idman mediasında tənqidi mövqeyi olan mətbuat orqanlarına şirnikləndirici təkliflərlə ələ almaq cəhdlərinə dair faktları təqdim etmyə hazırıq. Və inanırıq ki, dürüst, şəffaf fəaliyyəti ilə hörmət qazanmış KİV-lərə qarşı bu mövqenin əsl səbəblərini üzə çıxaracağıq.
 
Klubun Müşahidə Şurasının sədri təyin olunandan adı qalmaqallarda hallanan Zaur Axundovun indi də müstəqil mövqeyi və şəfaf fəaliyyəti olan KİV-lərə qarşı hücumu pislənir, futbol ictimaiyyətini bu prosesin açıq müzakirə edilməsində fəal iştirak etməyə səsləyirik. Futbolda pis tendensiyalara səbəb olmuş şəxslərin bu ləkəni mətbuata bulaşdırmaq cəhdlərinə yol verməyəcəyik".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

10:20

"Qalatasaray" isveçrəlinin transferi üçün Osimhenlə İkardinin menecerini işə qoşdu

Facebookdan bizi izləməyi unutmayın.
X