"Qarabağ” Çempionlar Liqasında növbəti oyununa çıxıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan çempionu bu gün II təsnifat mərhələsinin cavab matçını keçirib. Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan klubu Albaniya "Kukesi”si ilə üz-üzə gəlib. Ötən həftə səfərdə qolsuz heç-heçə edən Qurban Qurbanovun yetirmələri doğma azarkeşlər önündə qalib gəlməyə çalışıb.
III təsnifat mərhələsinə yüksəlməyi bacaran "Qarabağ” ardıcıl 5-ci dəfə ikinci raundu adlayaraq BATE-yə ( Belarus təmsilçisi Finlandiya HİK-ini mübarizədən kənarlaşdırıb) rəqib olub. Cari mövsümdə qapısından top buraxmayan Ağdam klubu bu vəzifənin öhdəsindən quru seriyanı uzadaraq gəlib. Köhnə-yeni hücumçusu Emeqaranın qazandığı 3 penaltidən ikisini dəqiq yerinə yetirən ağdamlılar sona yaxın debütdə fərqlənən Delarjın qoluna sevinib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
1 avqust
Qarabağ (Azərbaycan) - Kukesi (Albaniya) 3:0
Qollar: Dani Kintana, 24 (pen); 56 (pen); Delarj, 89
Qırmızı vərəqə: Alla, 52
Hakimlər: Peter Kraloviç, Miroslav Benko, Erik Vayss, Patrik Qrçka (Slovakiya).
Tofiq Bəhramov adına Respublika stadionu.
Qarabağ: 13. Vaqner da Silva, 2.
Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 8.
Miçel, 10. Dani Kintana, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 55. Bədavi
Hüseynov, 77. Donald Gerrye.
Ehtiyat oyunçular: 1.Hannes Halldorsson,
11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 52. Yakub
Jezniçak, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Kukesi: 77. Stivi Fraşeri, 4.
Yili Şameti (k), 6. Albi Alla, 7. Arber Sirbya, 9. Sebino Plaku, 15. Harallamb
Qaqi, 20. Simo Rumbullaku, 23. Besar Musolli, 24. Edis Maliki, 26. Villiam
Kordeyro, 33. İrakli Dzariya.
Ehtiyat
oyunçular: 1.Yetmir Başa, 5. Rüstem
Hoca, 8. Vangel Zquro, 10. Donyet Şkodra, 28. Haris Harba, 90. Rejinaldo, 99.
Dino Şpehar.
Baş məşqçi: Armando Kunqu.
Fanat.Az