"Kukesi"nin çalışdırıcısı Armando Kunqu Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ"dan aldıqları yenilgini (0:3) dəyərləndirib.
Fanat.Az xəbər verir ki, oyunsonrası mətbuat konfransına qatılan mütəxəssis jurnalistlərin suallarına cavab verib:
- Böyükhesablı məğlubiyyətin əsas səbəbi nədi? "Qarabağ"ın hücumçusu Emeqaranın ustalığı, yoxsa...
- Rəqibin heyətində hansısa futbolçunu fərqləndirmək istəməzdim. Xüsusilə də Emeqaranı. Etiraf etmək lazımdı ki, komandalar arasında böyük səviyyə fərqi var. "Qarabağ"ın yüksək səviyyəli futbolçuları çoxdu. Bu gün "Qarabağ" komanda şəklində qalib gəldi, bir futbolçunun ustalığının hesabına yox.
- Avrokubok macərasına Avropa Liqasında davam edəcəksiz. Bu turnirdə nəyə ümid edirsiz?
- Bunun üçün öncə rəqibimizi tanımalıyıq. Başqa problemimz də var. Çünki hələ sabah yola düşəcəyik. Həmin matça Albaniyada hazırlaşmağa az vaxtımız olacaq. Yəni indidən Avroliqa haqda nəsə deyə bilmərəm.
Fanat.Az