"Qarabağ" Çempionlar Liqasında III təsnifat mərhələsində Belarus BATE-si ilə keçirəcəyi ilk oyununun biletlərini satışa çıxarıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, avqustun 7-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşmaya ən ucuz bilet 1 manatadır. Digər biletləri sektorlara uyğun olaraq, 2, 3, 5 və 10 manata almaq olar. VİP biletlər isə 50 manatadır.
Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Biletlərin "qara bazar"a çıxarılmasının qarşısını almaq üçün biletləri ilkin mərhələdə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından və "Qarabağ" FK Fanshopundan, həmçinin iTicket.az saytından əldə etmək mümkündür.
Qeyd edək ki, "Qarabağ” - BATE matçı saat 21:00-da start götürəcək.
Fanat.Az