"Sabah” heyətini 3 gənc futbolçu ilə gücləndirib.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Topaz Premyer Liqanın debütantı 19 yaşlı müdafiəçi Elçin Əsədov, 21 yaşlı hücumçu Əlibəy Məmmədli və 22 yaşlı qapıçı Aydın Bayramov transfer edib.
Əsədov və Məmmədli ilə 2, Bayramovla isə 1 illik müqavilə bağlanıb. Elçin 88, Əlibəy 39, Aydın isə 96 nömrəli formada çıxış edəcəklər.
Fanat.Az