AFFA-nın baş katibinin müavini Sərxan Hacıyev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Zenit” (Rusiya) – "Dinamo” (Belarus) görüşünə təyinat alıb.
Fanat.Az xəbər verir ki, Hacıyev sözügedən qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, "Zenit" - "Dinamo" matçı avqustun 16-da Sankt-Peterburq şəhərindəki Petrovski stadionunda keçiriləcək.
Fanat.Az