AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva beynəlxalq oyuna təyinat alıb.
Fanat.Az xəbər verir ki, Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Şerif” stadionunda keçiriləcək "Şerif” (Moldova) – "Valyur” (İslandiya) qarşılaşmasının UEFA nümayəndəsi Könül Mehdiyeva olacaq.
Sözügedən qarşılaşma avqustun 9-da baş tutacaq və yerli vaxtla saat 20:00-da start götürəcək.
Fanat.Az