17:10 07.08.2018 1367

Zaur Axundov: "Oyunun şübhəli olmasıyla bağlı..."

"Keşlə”nin müşahidə şurasının sədri Zaur Axundov klubun rəsmi saytına açıqlama vermişdir.

Fanat.Az xəbər verir ki, o, Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilmiş "Baltsan" (Malta) - "Keşlə" görüşünün (4:1) şübhəli oyunlar siyahısına salınması iddialarına münasibət bildirib:

"Son günlər bəzi mətbu orqanlarda "Keşlə” klubunun Avropa Liqası turniri çərçivəsində Maltanın "Baltsan” komandasına qarşı səfərdə keçirdiyi oyunun guya ki, UEFA tərəfindən şübhəli oyunlar siyahısına salınması ilə bağlı əsassız, absurd və düşünürəm ki, qərəzli məlumatlar yer almaqdadır. Burada vurğulanması vacib olan bir sıra məqamlar var. Əvvəla, Avropa Liqası hansısa milli assosiasiyanın və ya digər təşkilatın deyil, UEFA-nın təşkil etdiyi turnirdir. UEFA-ya məxsus turnirlərdə şəffaflığın təmin olunması birbaşa qaydada Avropa futbol təşkilatının diqqətində olan məsələdir. "Keşlə” klubunun Müşahidə Şurasının sədri, eyni zamanda, AFFA-nın İcraiyyə Komitəsinin üzvü olaraq hər hansı oyunun nəticəsinin danışılmış olması barədə hətta hər hansı kiçik ehtimala, azacıq şübhəyə belə etinasız yanaşmayacağım heç kimdə şübhə doğurmasın. Azərbaycan futbolunda şəffaflığın qorunub-saxlanması üçün ötən mövsüm "Keşlə” klubun iştirakı ilə görülən tədbirlər yəqin ki, çoxlarının yadındadır. Klubun və şəxsən mənim bu məsələ ilə bağlı mövqeyim heç bir halda dəyişə bilməz.

Lakin bəzi mətbu orqanlarda artıq ittiham xarakterli məlumatların yer alması məsələyə reaksiya verməyimizi zəruri edir. "Baltsan” – "Keşlə” oyunu ilə bağlı "Keşlə” klubunun ünvanına səsləndirilən ittihamların heç bir məntiqi əsası yoxdur, kiminsə təxəyyülünün məhsulu olan həmin məlumatlar həqiqəti əks etdirmir. Bir daha qeyd edirəm ki, UEFA-nın təşkilatçılığı ilə keçirilən turnirlərdə nəticəsi şübhəli sayıla bilən qarşılaşmalar olduqda araşdırma UEFA tərəfindən aparılır və yerli futbol federasiyalarına dərhal məlumat verilir.

Bununla bağlı AFFA ilə əlaqə saxlamışam. "Baltsan” – "Keşlə” qarşılaşmasının nəticəsinin şübhəli olması barədə UEFA-dan AFFA-ya heç bir məlumat daxil olmayıb. Həmin oyunun şübhəli qarşılaşmaların siyahısına daxil olunması barədə bəzi saytlarda verilmiş məlumat doğru deyil. Bu cür əsassız yazıların dərc olunması təkcə bir şəxsin, bir klubun deyil, bütövlükdə ölkə futbolunun imicinə xələl gətirə bilər. Heç kim öz fantaziyasının məhsulunu ictimaiyyətə fakt kimi təqdim etməyə cəhd göstərməməlidir. Azərbaycan futbolunun şəffaf, hər cür danışılmış oyunlardan uzaq olması üçün fəaliyyətimizi və mübarizəmizi bundan sonra da davam etdirəcəyik. "Keşlə” klubu da hər zaman bu prosesə öz töhfəsini verməyə çalışacaq”.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X