"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasınım "Qarabağ"la oyunlarını xatırlayıb.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis UEFA-nın saytına müsahibəsində təmsilçimizlə oyunlardakı nəticələrə göeə növbəti mərhələyə yüksələ bilmədiklərini bildirib:
"Çempionlar Liqasından kənarlaşdırılmağımızı həzm etmək çətin idi. Çünki qrupumuzun liderlərindən xal aldıq. Biz "Çelsi” və "Roma”ya görə deyil, "Qarabağ”la matçlardakı uğursuzluq səbəbi ilə növbəti mərhələyə yüksələ bilmədik. Bu, bizim üçün böyük zərbə oldu. Çünki qitənin ən nüfuzlu klub turnirində yaxşı çıxış etmək istəyirdik”.
Fanat.Az