Yeni mövsümə hazırlıqlarını davam etdirən "Keşlə" növbəti transferini reallaşdırıb.
Fanat.Az xəbər verir ki, paytaxt Nikola Mitroviçlə anlaşıb. Klubdan verilən məlumata görə serbiyalı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Maraqlıdı ki, karyerasına "Napredak"da başlayan və müxtəlif illərdə (2004-2007, 2010, 2017-2018) bir neçə dəfə yetişdiyi kluba gedib-qayıdan Mitroviç tez-tez, hətta demək olar, ildə bir komanda dəyişməklə fərqlənir. Belə ki, o karyerası ərzində "Partizan" (2007-2008), "Volqa" (Rusiya, 2009), "Uypeşt" (Macarıstan, 2010-2011), "Videoton" (Macarıstan, 2011-2013), "Makkabi" (İsrail, 2013-2016), "Şanxay Şensin" (Çin, 2016), "Bney-Yehuda" (İsrail, 2016-2017), "Anortosis" (Kipr, 2017) və "Visla"da (Polşa, 2018) çıxış edib.
2004-cü ildə Serbiyanın U-17 komandasına dəvət olan futbolçu 2010-cu ildə əsas yığmaya çağrılıb və cəmi 1 oyunda meydana çıxıb.
Fanat.Az