"Qəbələ” 2018/19 mövsümü üçün sifariş ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.
Fanat.Az xəbər verir ki, bölgə klubu mövsümə 26 futbolçu ilə başlayacaq. Bunlardan 4-ü qapıçı, 7-i müdafiəçi, 12-i yarımmüdafiəçi, 3-ü isə hücumçudu. 26 futbolçudan 6-sı əcnəbidi.
Qeyd edək ki, "Qəbələ” avqustun 12-də Premyer Liqanın I turu çərçivəsində "Səbail”i qəbul edəcək. Oyun saat 19.00-da başlayacaq.
Qapıçılar: 25. Əhməd Zülfüqarlı, 35. Murad Popov, 22. Dmitri Bezotosnı (Ukrayna) 30. Aqil Məmmədov.
Müdafiəçilər: 2. Amin Seydiyev, 26. Faiq Hacıyev, 27. Bəhlul Mustafazadə, 5. Rasim Ramaldanov, 3. Voislav Stankoviç (Serbiya) 34. Ürfan Abbasov, 18. İlqar Qurbanov.
Yarımmüdafiəçilər: 79. Əli Sadıxov, 99. Abbas Ağazadə, Abbas Elçin, 7. Roman Hüseynov, 29. Hacıağa Hacılı, 17. Lalavele Atakora (Toqo), 21. Ceyms Adeniyi (Nigeriya), 88. Sabyen Lilay (Albaniya), 14. Cavid Hüseynov, 4. Elvin Camalov, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 33. Təmkin Xəlilzadə.
Hücumçular: 77. Samir Qurbanov, 10. Rauf Əliyev, 28. Stiven Jozef-Monroz (Fransa).
Fanat.Az