"Keşlə” 2018/19 mövsümü üçün sifariş ərizəsini Peşəkar Futbol Liqasına təqdim edib.
Fanat.Az xəbər verir ki, paytaxt klubunun heyətində 21 futbolçu yer alıb. Bunlardan 3-ü qapıçı, 8-i müdafiəçi, 6-s yarımmüdafiəçi və 4-ü hücumçudu. 21 futbolçudan 7-si əcnəbidi.
Qeyd edək ki, "Keşlə" mövsümün ilk turunda "Sabah"ın qonağı olacaq. Avqustun 12-də "ASK Arena"da keçiriləcək matç saat 21.00-da başlayacaq.
Qapıçılar: 1. Kamran Ağayev, 15. Orxan Sadıqlı, 16. Şahin Zəkiyev.
Müdafiəçilər: 2. Sertan Taşkın, 3. Denis Silva (Braziliya), 4. Slavik Alxasov, 19. Azər Salahlı, 27. Adrian Skarlatake (Rumıniya), 33. Tərlan Quliyev, 65. Cabir Əmirli, 66. Murad Qayalı.
Yarımmüdafiəçilər: 8. Miloş Boşançiç (Serbiya), 21. Herve Tçami (Kamerun), 24. Fuad Bayramov, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna (Qambiya), 97. Elnur Cəfərov.
Hücumçular: 7. Vaqif Cavadov,9. Amil Yunanov, 11. Bahodir Nasimov (Özbəkistan), 14. Andre Klennon (Yamayka).
Fanat.Az