"Çox şükür, qərara gələ bildik. I divizionun taleyi bəzilərinə müəmmalı olsa da, qərar verə bildik”.
Fanat.Az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev I divizionun 2018/19 mövsümünün püşkatma mərasimində deyib.
Danışılmış oyunlarla bağlı məsələyə də toxunan PFL prezidenti araşdırmaların davam etdiyini bildirib: "AFFA prezidenti Rövnəq Abdullayev demişdi ki, kimdənsə şübhələnsək belə, sübuta ehtiyac yoxdur. Od olmayan yerdən tüstü çıxmaz. Danışılmış oyunlar Azərbaycan üçün ləkədir, bizim üçün təhqirdir”.
Fanat.Az