14:31 11.08.2018 2294

Kamran Quliyev Azərbaycan dilinə niyə yuxarıdan aşağı baxır? - VİDEO

Bugünlərdə "Qarabağ” - BATE oyunundan əvvəl rəqib komandanın baş məşqçisinin mətbuat konfransı zamanı Ağdam klubunun mətbuat xidməti jurnalistlərdən belə bir xahiş etdi ki, suallar doğma dilimizdə olsun və tərcüməçi vasitəsi ilə ünvanına çatdırılsın.

Burda hər hansı şovinizm, rus dilini aşağılamaq kimi bir əlamət qətiyyən yoxdu. Sadəcə, biz hamımız Azərbaycanda yaşayırıq, tolerant xalq olaraq, bütün digər xalqlara, onların dilinə, mədəniyyətinə, adət-ənənəsinə hörmətlə yanaşdığımız kimi, öz ana və dövlət dilimizə qiymət verməyi bacarmalıyıq. Əks halda aşağıda haqqında söhbət açacağımız biabırçı mənzərə yaranacaq.

Gələk, əsas məsələyə. "Neftçi” klubunun mətbuat xidməti dünən klubun prezidenti Kamran Quliyevin komanda üzvləri ilə görüşünü əks etdirən video paylaşıb.

Görüşdə diqqəti bir məqam çəkir. Kamran Quliyev yerli və xarici futbolçularla doğma Azərbaycan dilində deyil, rus dilində danışır. Əgər "Neftçi”də legionerlərin hamısı ruslar, yaxud rus dilini bilən şəxslər olsaydı, klub prezidentini hardasa başa düşmək olardı. Əslində isə bu da qəbuedilməzdir. Ona görə ki, legionerlərlə belə Azərbaycan dilində danışmaq lazımdır ki, onlar da bizim dildə 3-5 söz bilsin. Legioner burda yaşayırsa və buna görə bu dövlətin ən böyük şirkətlərindən birindən pul alırsa, bir klub prezidenti olaraq, onlarla vətəndaşı olduğu dövlətin dilində danışması Kamran Quliyevin mənəvi və vicdan borcudur.

Amma xeyr, Kamran müəllim, onlarla məhz rus dilində danışır. İşin ən tragikomik tərəfi isə odur ki, onun danışıqları videoda Azərbaycan dilindəki alt yazıyla təqdim olunur. Normalda necə olur? Öz doğma dilində danışılır, xaricilərin başa düşdüyü ümumi dilə isə tərcümə olunur.



Görəsən, Kamran Quliyevin danışığının Azərbaycan dilinə tərcümə ilə verilməsi bu ölkədə kimin üçün hesablanıb? "Neftçi”nin Azərbaycan dilini yaxşı səviyyədə bilən vətənpərvər azarkeşləri, yoxsa Kamran Quliyevin Azərbaycan dilindən bixəbər bəzi rusdilli dost-tanışı üçün?

Amma dərinə gedəndə bunda təəccüblü bir şey də yoxdu. Çünki "Neftçi”də Azərbaycan dilini öyrətməyə birinci legionerlərdən deyil, elə K.Quliyevin özündən başlamaq lazımdı.

Kamran Quliyevin komanda üzvləri ilə məlum görüşünün videosu
Mənbə: Qol.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:56

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

11:15

Azərbaycan ilə Özbəkistan DÇ-yə birgə ev sahibliyi üçün FIFA-ya müraciət edəcək

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:39

Flik 2 futbolçunun "Barselona"dan göndərilməsinə qadağa qoydu - ADLAR

Facebookdan bizi izləməyi unutmayın.
X