Portuqaliya Sequndasında yeni mövsüm başlayıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Dmitri Nağıyevin yeni klubu – "Kova da Piedade” də 2018/19 mövsümündə ilk matçına çıxıb.
Sözügedən klub səfərdə "Gimaraynş”ın B komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
Nağıyev bu oyunun iştrakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
Fanat.Az