Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq BATE – "Qarabağ” görüşünə bilet satışı davam edir.
Fanat.Az xəbər verir ki, qarşılaşmaya maraq böyükdü. Artıq satışa çıxarılan biletlərin 2/3 hissəsi sahibini tapıb. Borisovda keçiriləcək matça stadiondan baxmaq istəyənlər sektorlardan asılı olaraq 3-15 (2,5 – 12,5 manat arası) Belarus rublu xərcləyəcək.
Qeyd edək ki, ilk oyunda təmsilçimiz 0:1 hesabı ilə uduzub.
Fanat.Az