18:04 13.08.2018 2058

"Neftçi" rəhbərliyindən iqtisadi təxribat

"Neftçi” əvvəl Roberto Bordini komandanın "sükanı arxası”na gətirdi. Ardınca tərcüməçisini. İtalyan çalışdırıcının "Şerif”də birlikdə çalışdığı dilmancla Bakıda da işləməyə qərar verməsi müəyyən mənada başadüşüləndi. Pulu cibindən ödəmir ki...

 

SOCAR-ın sponsorluğu ilə fəaliyyət göstərən "Neftçi”nin büdcəsindən ayda təxminən 3 min dollar (işçi vizasını, mənzil və nəqliyyat təminatını da unutmayaq) əlavə para xərclənməsi ciddi itki deyil. 

 

Məlum məsələdir ki, "Şerif”də isinişdiyi dilmanca yaxşı maaş yazdıran Bordin səriştəsiz rəhbərliyin əlindəki "kisə”dən belə desək, bir neçə axça da dostuna ötürür. Əvəzində boş vaxtlarını bir yerdə keçirir, əylənir və Azərbaycan komandasında günləri yola verərək firavan yaşayırlar. Don Roberto ingilis dilini bilmir, gətirdiyi isə Azərbaycan türkcəsini. Bu üzdən mütəxəssis digər tərcüməçi Vüqar Əliyevi də işində saxlayıb.

 

Ən pisi isə klub rəhbərliyinin mətbuatın təzyiqlərindən yaxa qurtarmaq üçün ictimaiyyətə yalan sırımasıdı. Guya bu işi görə biləcək yerli kadr tapılmadığına görə Bordinin tanıdığı adama təklif göndəriblər. Əlbəttə ki, ağ yalandı! Azərbaycanda futbolu sevən, terminləri başa düşən, bir sözlə komandadakı legionerlərlə Bordinin arasında körpü ola biləcək onlarla insan yaşayır. Manatla ifadə etsək, 2-3 minə çalışmağa da ikiəlli razılaşarlar. Bundan iki dəfə az maaşa belə...

 

İqtisadi problemlərin "göz oxşadığı" dönəmdə SOCAR-ın pulunu dollar şəklində ölkədən çıxarılmasına birbaşa şərait yaradan klub rəhbərliyinin Azərbaycana verdiyi "fayda" göz önündədi. Məbləğin 3,5,10 və ya 30 min dollar olması fərq etmir. Söhbət iqtisadi zərbə faktından gedir.

 

Digər tərəfdən, Avroliqanın ilkin təsnifat mərhələsində evdə 3:1 hesabıyla üstələdiyi "Uypeşt”dən rəqib meydanında 4 cavabsız qol buraxan "Neftçi”nin çalışdırıcısı iki tərcüməçinin xidmətindən feyziyab olmağa layiq deyil. Bura qədərki fəaliyyəti ilə özünü doğrultmağı bacarmayan adamın nazıyla oynamaq da rəhbərlik adına daha bir fərasətsizlik nümunəsidi.

 

Ölkəmizdə yaşayan, italyan və ingilis dillərində mükəmməl danışan, ali təhsilli 3 nəfərin fikirlərini öyrənməyi məqsədəuyğun saydıq. Biri dövlət işində çalışdığını, işini itirməkdən qorxduğunu əsas gətirərək dediklərinin saytda yerləşdirilməsinə razılaşmasa da, ikisi düşündüklərini söylədi.


Zaur Əhmədzadə: "Azərbaycanda "Neftçi”də tərcüməçiişləyə biləcək çox adam var. Bəlli məsələdir ki, klubda futbol terminlərini bilən , bu idman növündən anlayışı olan biri çalışmalıdı. 2012-ci ildə Avroliqanın qrupunda "Neftçi” – "İnter” oyunu keçirilirdi. Həmin vaxt klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə mətbuat konfransında rəqib komandanın baş məşqçisinin söylədiklərini Azərbaycan dilinə çevirmək üçün mənə müraciət etdi, razılaşdım. Özüm "Yuventus” azarkeşiyəm. İtaliyada təhsil almışam. Klub Roberto Bordinə tərcüməçi axtararkən nə mənə, nə də mənim tanıdığım başqa italyan dilini mükəmməl bilənlərə müraciət ünvanlamayıb. Moldovadan gələn tərcüməçinin nə qədər məvacib aldığını bilirəm. Bura işçi vizasını, mənzil kirayəsini də əlavə etsək, klubun xarici ölkə vətəndaşına xərclədiyi vəsait haqda müəyyən fikrə gələrik. Yenə də deyirəm, daimi işlə bağlı, tutaq ki, 1000 dollar maaş təklifiylə müraciət etsəydilər ən azı bir neçə kadr tapardılar”.


Elvin Əkbərov: "Xarici şirkətlərin birində çalışıram. Əməkhaqqım 920 manatdı. Azərbaycan Dillər Universitetini bitirmişəm. İngilis və italyan dillərində mükəmməl danışıram. Futbol klubunda işləmək təklifi alsam, yəqin ki, razılaşardım. Əsas daimi iş və iş şəraitinin yaxşı olmasıdı. Tanıdığım insanlar arasında hazırda özünə normal məvacibi olan iş axtaranlar da çoxdu. Azərbaycanda tərcüməçi tapa bilmədiklərini deyiblərsə, bunun həqiqət olduğuna inanmıram. Müsabiqə elan etsəydilər, qapılarını 10-15 savadlı adam döyərdi”.

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

Facebookdan bizi izləməyi unutmayın.
X