"Sumqayıt”la oyunda zədələnən yarımmüdafiəçi Soni Mustivar bu gün tibbi baxışdan keçib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı futbolçunun bud əzələsi dartılıb. Bir neçə gün müalicə olunacaq Mustivarın avqustun 19-da "Qəbələ”yə qarşı oynayıb-oynamayacağı sual altındadı.
Xatırladaq ki, "Sumqayıt”la görüşdə zədələnən digər futbolçumuz Rəşad Eyubov isə 10 gün müalicə olunub, fərqdi məşqlər keçəndən sonra komanda ilə məşqlərə qoşulacaq.
Fanat.Az