Çimərlik futbolu üzrə Azərbaycan Super Liqası start götürüb.
Fanat.Az xəbər verir ki, 4 komandanın iştirakı ilə keçirilən iki dövrəli çempionatın dünən baş tutan ilk turunda "Neftçi” "Zirə”yə məğlub olub - 3:9.
Qeyd edək ki, "Neftçi” bu gün keçiriləcək 2-ci tur matçında "Hell Energy” ilə qarşılaşacaq. Su İdman Sarayında təşkil olunan çempionata avqustun 18-də yekun vurulacaq.
Fanat.Az