16:19 16.08.2018 1951

Sənan Qurbanov: "İstefamla bağlı söhbətləri normal qarşıladım"

"Qəbələ”nin baş məşqçisi Sənan Qurbanovun müsahibəsi

- "Qəbələ” Azərbaycan Premyer Liqasının I turunda "Səbail”i 3:0 hesabı ilə məğlub etməklə, yeni mövsümə yaxşı başlanğıc etmiş oldu. Bu qalibiyyət Avropa Liqasındakı uğursuzluqdan sonra düşərgənizdəki ab-havanı dəyişməyə kömək etdi?
- Avropa Liqasının II təsnifat mərhələsində Lüksemburq "Proqres”i ilə oyunlardan sonra komandada psixoloji gərginlik var idi. Amma bunu tezliklə unutdura bildik. Uşaqlarla danışdıq, vəziyyətin yaxşıya doğru dəyişdiyini məşqlərdə hiss edirdik. "Keşlə” ilə yoxlama oyununda da müsbət siqnallar duyduq. Çempionata uğurlu start vermək bizim üçün çox önəmli idi. Bunun üçün köklənmişdik. Futbolçularımız məsuliyyəti dərk etdilər və önəmli qələbə qazandıq. Amma bu, hələ başlanğıcdır. Səhvlərimiz var, onların üzərində işləyirik. Komandanı qarşıda uzun marafon, ağır oyunlar gözləyir.

- "Proqres”ə evdə 0:2 hesablı məğlubiyyətdən sonra istefanız gündəmə gəlmişdi. Mətbuatda və sosial şəbəkələrdə yer alan bu söz-söhbətləri necə qarşıladınız?
- İstefamla bağlı söhbətləri normal qarşıladım. Yenilənmiş bir "Qəbələ” var. Ötən mövsüm başa çatandan sonra bir çox futbolçumuz getdi və onları başqaları əvəzlədi. Həmçinin, baş məşqçi postunda dəyişiklik oldu. Vaxt az olsa da, "Proqres” keçə biləcəyimiz bir rəqib idi. Səfərdə yaxşı oynadıq və 1:0 hesabı ilə qalib gəldik. Amma bu, bizim üçün yetərli olmadı. Əlimizə düşən imkanlardan istifadə edə bilmədik. Roman Qriqoruçkun dönəmində həm Avropa Liqasının qrup mərhələsində çıxış etdik, həm də daxili yarışlarda yaxşı nəticələr qazandıq. Bütün bunlardan sonra "Proqres”i keçə bilmədiyimiz üçün insanların reaksiyasın normal sayıram. Bu klub mənim üçün çox doğmadır. Rəhbərlik məni bu posta bir oyunluq qoymamışdı. Əlimdən gələnin ən yaxşısını etməyə çalışıram.



- Komanda Qriqrorçukun dönəmində formalaşan oyun üslubunu qoruyacaq, yoxsa fərqli "Qəbələ” görəcəyik?
- Futbolda əsas olan oyun fazalarıdır. Biz futbolçularımızın həm müdafiədə, həm də hücumda inkişaf etmələrini istəyirik. "Səbail” bizə qarşı 5 müdafiəçi ilə çıxış etdi, növbəti rəqiblər 4 müdafiəçidən istifadə edə bilər. Bu baxımdan oyunumuzu rəqiblərə uyğun qurmağa çalışırıq. Rəqibləri analiz etdikdən sonra onlara qarşı necə müdafiə olunmağı və hansı şəkildə hücum etməyi müəyyənləşdiririk. Hər bir baş məşqçinin öz fəlsəfəsi var. Mənim Qriqorçukdan öyrəndiklərim olub. İndi özümün də düşündüyüm bəzi elementləri tətbiq etmək istəyirəm.

- Komandaya yeni qoşulan legionerlər gedənlərlə eyni səviyyədədirlər?
- Yenilər izlədiyimiz oyunçulardır. "Qəbələ”də həmişə keyfiyyətli futbolçular olub. İndikilər də bu qəbildəndir. Futbolçularımızın durumu hər gün daha da yaxşılaşır, inkişaf edirlər. Gedənlərlə gələnləri müqayisə etmək istəməzdim. Hər birinin öz üstün cəhəti var.

- Zədəli Stiven Jozef-Monrozun durumu necədir?
- İlk oyundan əvvəl məşqdə zədələndi. Hazırda komandadan ayrı çalışır. Elvin Camalovun burnunda problem var. Onların növbəti turdan meydana çıxıb-çıxmayacaqları dəqiq bilinmir. Həkimlərin rəyinə baxacağıq.

- Avqustun 19-da II tur çərçivəsində "Neftçi”nin qonağı olacaqsınız. Bu görüşü yüksək hədəflərinizi ortaya qoymaq baxımından önəmli sayırsınız?
- Bizim üçün hər bir oyun çox vacibdir. Bütün rəqiblərlə matçlara qələbə üçün çıxacağıq. Nə dərəcədə alınacağını zaman göstərəcək. Biz öz oyunumuzu göstərməyə, sürətli və aqressiv olmağa çalışacağıq. Rəqibləri bir-birindən ayırmırıq.

- Baş məşqçilərin rəqiblər arasında fərq qoymaması normaldır. Amma reallıq budur ki, son illərdə çempionluq mübarizəsində "Qarabağ”la yalnız bir komanda – "Qəbələ” çəkişirdi. İndi belə bir fikir formalaşıb ki, Ağdam klubu əsasən "Neftçi” ilə rəqabət aparacaq. Bununla razısınız, yoxsa komandanız da çempionluq mübarizəsində yer alacaq?
- Heç kim uduzmağı sevmir. Meydanda iddialı bir "Qəbələ”nin olmasına çalışacağıq. Hansısa rəqibin bizdən güclü olması ilə barışa bilmərik. Qətiyyən ola bilməz. Öz gücümüzə, potensialımıza inanırıq. İşə yanaşmamız çox ciddidir. Yerimizdə saymamalıyıq. Hər gün bir az da qabağa getməliyik. Məqsəd "Qəbələ”nin iddiasını qorumaqdır.



- Premyer Liqa klublarının çoxu Bakıda olduğundan, Qriqorçuk dönəmində "Qəbələ” də paytaxtda məskunlaşmışdı. Bunu dəyişməyi düşünmürsünüz?
- Hazırda da bu cür davam edirik. Məşqlərimizi "Bakı” klubunun bazasında keçiririk. Komandanların çoxu paytaxtda məskunlaşdığı üçün səfər oyunları zamanı burada qalırıq. Amma ev matçları vaxtı Qəbələdə oluruq.

- Vitse-prezidentiniz Fariz Nəcəfov ötən mövsüm Premyer Liqanın bombardiri olmuş hücumçunuz Baqali Dabonun "Qəbələ” rəhbərliyini aldadaraq, "Neftçi”yə keçdiyini söyləyib. Onun rəqib düşərgəsinə yollanmasına sizin münasibətiniz necədir?
- Dabo keyfiyyətli oyunçudur. Bizimlə müqaviləsi bitmişdi, "Neftçi”yə keçdi. Düzdür, bizə söz vermişdi. Amma fərqli qərar qəbul etdi. O, artıq bizim oyunçu deyil. Bu gün məni yalnız öz komandamız, futbolçularımız maraqlandırır.

- Dabo ilə yanaşı, başqa bir əsas oyunçunuz – Filip Ozobiç də "Qarabağ”a keçdi. Onların gedişinə təəssüflənirsiniz?
- Bu, onların seçimidir. Müqavilələrinin müddəti bitmişdi, sərbəst futboçu idilər. Getmək istədilər. Pulu və ya başqa nəyi seçdilər, bilmirəm, öz işləridir.  

Mənbə: "Report"
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:33

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:39

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

11:03

"Qalatasaray"ın vingerini İtaliyada cərimələdilər

10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X