"Qarabağ”ın Avropa Liqasının pley-offundakı rəqibi müəyyənləşib.
Fanat.Az xəbər vrir ki, Ağdam klubu qrup mərhələsinə vəsiqə uğrunda Moldova çempionu "Şerif”lə mübarizə aparacaq.
Tiraspol təmsilçisi Avroliqanın üçüncü təsnifat mərhələsində İslandiyanın "Valyur” klubunu mübarizədən kənarlaşdırıb.
İlk oyunda 1:0 hesabı ilə qalib gələn "Şerif” cavab matçında 1:2 hesabı ilə uduzsa da, səfərə qolu sayəsində mərhələ adlayıb.
Qeyd edək ki, pley-off mərhələsinin oyunları avqustun 23-də və 30-da oynanılacaq.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
16 avqust
Valyur (İslandiya) - Şerif (Moldova) 2:1
Qollar: Siqurdsson, 40. Halldorsson, 90+1 - Badibanqa, 69.
İlk oyun - 0:1.
Qeyd edək ki, "Qarabağ” ötən il Çempionlar Liqasının III təsnifat mərhələsində "Şerif”i mübarizədən kənarlaşdırmışdı. İlk oyunda Bakıda hesab açılmamışdı. Cavab matçında isə "Qarabağ” səfərdə qələbə qazanmağı bacarmışdı - 2:1.
Fanat.Az