Ənənlərə davam: "Qarabağ" yenə qazandı, Bakı derbisində yenə "sülh"
Bu gün Topaz Premyer Liqasında II tura start verilib. Fanat.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma baş tutub.
Turun açılış matçında "Səbail" son çempion "Qarabağ"ı qəbul edib. "Qarabağ" ilk turdakı "Zirə" ilə oyunu Çempionlar Liqasına görə təxirə salındığından, ağdamlılar II turda mövsümün ilk çempionat oyununa çıxıb. Oyun "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qolu Mahir Mədətov vurub.
Bu komandalar çempionatda 5-ci dəfə üz-üzə gəlib. Bütün qarşılaşmalarda qələbə qazanan "Qarabağ" 7 qol vurub və qapısını toxunulmaz saxlayıb.
Günün ikinci matçında ölkə kubokunun sonuncu qalibi "Keşlə" səfərdə "Zirə" ilə üz-üzə gəlib. "Zirə" də "Qarabağ" kimi mövsümün ilk oyununa çıxıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. İlk yarıda Mirsahib Abbasovla Pərdis Fərcad-Azadın qollarına sevinən "Zirə"ni ikinci hissədə ikinci hissədə Slavik Alxasov və Andre Klennon məyus edib.
Bu komandalar arasında çempionatda 13-cü oyun olub. İndiyədək baş tutan qarşılaşmalarda əsasən heç-heçə qeydə alınıb. Belə ki, 8 görüşdə komandalar meydanı "sülh"lə tərk edib. 2 dəfə "Zirə", 3 dəfə "Keşlə" qələbəyə sevinib. Top fərqində də "Keşlə"nin cüzü üstünlüyü var - 13:12.
Qeyd edək ki, turun iki oyunu sabah keçiriləcək. "Qəbələ" "Neftçi"nin, "Sumqayıt" "Sabah"ın qonağı olacaq.
Premyer Liqa
2018/19 mövsümü
I dövrə, II tur
18 avqust
Səbail - Qarabağ 0:2
Qollar: Mahir Mədətov, 27; 86.
Səbail: 1. Emil Balayev, 4. Perilyo Enrike, 5. Vüqar Bəybalayev, 7. Fəhmin Muradbəyli, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 22. Edqar Paçeko, 18. Aqşin Qurbanlı, 21. Murtuz Abakarov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 70. Urfan İsmayılov, 88. Orxan Qurbanlı, 85. Xaliq İbrahimov.
Baş məşqçi: Aftandil Hacıyev.
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 7. İnnosent Emeqara, 11. Mahir Mədətov, 19. Filip Ozobiç, 25. Ansi Aqolli, 28. Con Delarj, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 1. Hannes Halldorsson, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Markos Madera, 18. İsmayıl İbrahimli, 77. Donald Qerye, 88. Rafael Məhərrəmli, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə.
AFFA nümayəndəsi: Abas Hüseynov.
Hakim-inspektor: Əli Hüseynov.
"Bayıl Arena”.
gZirə - Keşlə 2:2
Qollar: Mirsahib Abbasov, 2. Pərdis Fərcad-Azad, 36 - Slavik Alxasov, 53. Andre Klennon, 90+1.
Zirə: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Pərdis Fərcad-Azad, 10. Sadio Tounkara, 11. Dilan Duventru, 26. Miloş Radivoyeviç, 38. İlkin Muradov, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 4. Müşfiq İlyasov, 8. Kamal Mirzəyev, 13. Murad Musayev, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 88. Tellur Mütəllimov, 98. Aqşin Quluzadə.
Baş məşqçi: Ayxan Abbasov.
Keşlə: 1. Kamran Ağayev (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 14. Andre Klennon, 21. Herve Tçami, 33. Tərlan Quliyev, 17. Samir Məsimov, 22. Nikola Mitroviç, 90. Ebrima Sohna, 97. Elnur Cəfərov.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 11. Bahodir Nasimov, 10. Ruslan Nəsirli, 27. Adrian Skarlatake, 88. Məmməd Quliyev, 9. Amil Yunanov, 65. Cabir Əmirli, 19. Azər Salahlı, 8. Miloş Bosançiç, 7. Vaqif Cavadov, 66. Murad Qayalı.
Baş məşqçi: Mladen Milinkoviç.
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
"AZAL Arena”.
Fanat.Az